• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Fransa klubu Avropa çempionatının bombardirini transfer etdi

İDMAN

01 Iyul 2024 | 15:51

Fransa klubu Avropa çempionatının bombardirini transfer etdi

Niderlandın "Ayaks" klubu Gürcüstan millisinin hücumçusu Corc Mikautadzeni Fransa təmsilçisi "Mets"ə satıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransızlar futbolçu üçün 13 milyon avro ödəyib. 23 yaşlı hücumçu ötən mövsüm “Mets”də icarə əsasında çıxış edib və 14 qol vurub.

Qeyd edək ki, G.Mikautadze Almaniyada təşkil olunan Avropa çempionatında Gürcüstan millisinin heyətində meydana çıxdığı 4 oyunda 3 qol vurub və bombardirlər siyahısında yer alıb. Gürcüstan yığması 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


SON XƏBƏRLƏR

03 Iyul 2024