• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

 "Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bəlli olacaq

İDMAN

31 Iyul 2024 | 10:09 | Müəllif: Əli Hüseynov

"Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın növbəti raunddakı rəqibi bəlli olacaq.

Belarusun "Dinamo" (Minsk) komandası Macarıstanda Bolqarıstan təmsilçisi "Ludoqorets"lə üz-üzə gələcək. Cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Ötən həftə baş tutan ilk görüşdə bolqarlar qələbə qazanıblar - 2:0.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026