• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

İDMAN

30 Avqust 2024 | 08:59 | Müəllif: Əli Hüseynov

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, "Zirə"nin ötən gün Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Kiprin "Omoniya" kollektivini məğlub etməsi (1:0) sayəsində mümkün olub.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "qartallar" ölkə reytinqinə 0,250 əmsal qazandırıb. 26-cı sırada yer alan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.

Çempionlar Liqasında "Dinamo"ya uduzan (0:2) "Qarabağ" bu həftə reytinqə töhfə verə bilməyib.

25-ci pillədəki Kiprin 19,725, 27-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026