• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Parataekvondoçumuz bürünc medal qazandı - YENİLƏNİB

İDMAN

29 Avqust 2024 | 22:16

Parataekvondoçumuz bürünc medal qazandı - YENİLƏNİB

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

 

 

21:37

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı türkiyəli Can Özcanla qarşılaşıb

Rəqibinə qalib gələn 18:23 hesabı ilə məğlub olan Zeynalov qızıl medal qazanmaq şansını itirib.

O, bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024