• Bakı 28° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Prezident: Qayıdış hüququ Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir

SİYASƏT

01 Iyul 2024 | 17:42

Prezident: Qayıdış hüququ Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir

Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən qayıdış hüququ ilə əlaqədar diplomatın şərhinə cavabında deyib.

    Bu xüsusda dövlət başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.


    SON XƏBƏRLƏR

    03 Iyul 2024