• Bakı 30° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Yaponiyanın "DAICHI-4" müşahidə peyki orbitə göndərilib

DÜNYA

01 Iyul 2024 | 14:36

Yaponiyanın DAICHI-4 müşahidə peyki orbitə göndərilib

"Yaponiya DAICHI-4 müşahidə peykini uğurla orbitə göndərib".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyinin (JAXA) açıqlamasında yer alıb.

Bildirilib ki, peyki daşıyan H3 raketi yerli vaxtla saat 12.06-da Kaqoşima əyalətindəki Taneqaşima Kosmik Mərkəzindən buraxılıb. Orbitə buraxılan peyk fəlakətlərdən təsirlənən əraziləri müşahidə edəcək, vulkanik fəaliyyətləri və ya zəlzələlərin yaratdığı yer çevrilmələrini izləyəcək.

"Advanced Land Observation Satellite -4" (ALOS-4) kimi də tanınan peykin qabaqcıl radar texnologiyası sayəsində pis hava şəraitində və gecə saatlarda da yüksək keyfiyyətli görüntülər əldə etməyə malikdir. 

Qeyd edək ki, JAXA və "Mitsubishi" şirkətlərinin birgə hazırladığı H3 raketinin ilk buraxılış cəhdi ötən ilin mart ayında baş tutub. Lakin mühərrik nasazlığı səbəbindən cəhd uğursuz olub. Ona görə də raketə buraxılandan qısa müddət sonra peykin özünü məhv etməsi tapşırığı verilib. İkinci buraxılış isə ötən ilin fevral ayında baş tutub və əməliyyat uğurla başa çatıb. Bildirilib ki, orbitə buraxılan raket bir süni peyk və iki funksional mikropeyk daşıyıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

02 Iyul 2024