• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İngiltərədə etirazçılarla polis arasında qarşıdurma: yaralılar var

DÜNYA

31 Iyul 2024 | 14:34 | Müəllif: Əli Hüseynov

İngiltərədə etirazçılarla polis arasında qarşıdurma: yaralılar var

İngiltərənin Sautport şəhərində etirazçılar və polis arasında qarşıdurma yaranıb.

Bakıvaxtı.az “Sky News” kanalına istinadla xəbər verir ki, hadisə nəticəsində azı 50 polis əməkdaşı yaralanıb, onlardan 27-si xəstəxanaya aparılıb. Polis maşını etirazçılar tərəfindən yandırılıb.

Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı əli bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib. Etirazçılar və polis arasındakı qarşıdruma isə dünən gecə (iyulun 30-da) qurbanların xatirəsini yad etmək üçün keçirilən dinc aksiyadan bir neçə saat sonra baş verib.

Sautport üzrə deputat Patrik Hörli iğtişaşçıların bu şəhərdə yaşamadığını, başqa bölgələrdən bura üz tutduqlarını açıqlayıb:

"Bu şəxslər Sautportda yaşamırlar. Onlar hadisədən zorakılıq və nifrət yaratmaq üçün istifadə etdilər və bu, həyatını itirən uşaqların valideyinlərinin istədiyi bir şey deyil. Etirazçıların bu hərəkəti ailələrə qarşı böyük bir hörmətsizlikdir", - deyə açıqlama verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026