• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Braziliyada "X" sosial şəbəkəsi qadağan oluna bilər

DÜNYA

30 Avqust 2024 | 14:09 | Müəllif: Gülşən Şərif

Braziliyada "X" sosial şəbəkəsi qadağan oluna bilər

Braziliya "X" sosial media platformasına girişi qadağan etməyə hazırlaşır

Bakıvaxtı.az "New York Times" qəzetinə istinadən xəbər verir ki, təxminən 200 milyon əhalisi olan Braziliyada "X"in bağlanma riski var.

Braziliya Ali Məhkəməsi "X" rəhbərliyinə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib. Əks halda platformaya girişin qadağan ediləcəyi açıqlanıb. 

Qeyd edək ki, Braziliyada Ali Məhkəmə "X"dən keçmiş prezident Jair Bolsonaroya qarşı çevriliş cəhdi istintaqı ilə bağlı bəzi insanlar haqqında məlumat verməsini və bir çox hesabları bloklamasını tələb edib. İlon Mask isə məhkəmənin tələbini yerinə yetirməyib və "X"in Braziliyadakı ofisini bağlayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026