• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aİ nazirlərinin görüşündə İspaniyanın prioriteti açıqlandı

DÜNYA

30 Avqust 2024 | 14:18 | Müəllif: Gülşən Şərif

Aİ nazirlərinin görüşündə İspaniyanın prioriteti açıqlandı

"İspaniya Venesuelaya qarşı sanksiyaların tətbiqi üçün səy göstərəcək".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib.

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı öncəsi mətbuata açıqlama verən nazirin sözlərinə görə, İspaniya Aİ-nin Venesuela ilə bağlı bütün bəyanatlarında hərəkətverici qüvvə olub:

"Seçkilərin nəticələri şəffaf və demokratik şəkildə yoxlanılmadan Venesuelada heç bir seçki nəticələri və qələbələr tanınmayacaq. Müşahidəçilərin hesabatları çox ciddi şübhələr ortaya qoyur. Bu seçki nəticələri demokratik təminat vermir. Biz həmişə dialoq və danışıqların tərəfdarıyıq, amma bu nəticələri qəbul etməyəcəyik. Aİ Venesuelaya qarşı birgə qərar qəbul etməli və lazım gələrsə, bu ölkəyə qarşı sanksiyaların tətbiqinə rəhbərlik etməlidir".

Albares qeyd edib ki, ilk addım Venesuelada hökumət və müxalifətin birlikdə masa arxasında oturması ola bilər. 

"Aİ-dəki hər bir ölkə Venesueladakı vəziyyəti bizim qədər yaxından bilmir. İspaniyada 200 min venesuelalı yaşayır. Bizim Venesuela ilə çox yaxın və köklü tarixi, iqtisadi və sosial əlaqələrimiz var. Mən həmkarlarımı inandırmağa çalışacağam ki, Venesuela ilə bağlı şübhələr var", - deyə XİN naziri vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026