• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Moldova parlamentində axtarış aparılır

DÜNYA

31 Iyul 2024 | 13:02

Moldova parlamentində axtarış aparılır

Moldova İnformasiya və Təhlükəsizlik Xidməti və prokurorluq orqanları əməkdaşları parlament binasında axtarış aparırlar.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat katibi Daniela Mınzat brifinqdə bildirib.

“Hazırda Cinayətkarlıqla mübarizə və xüsusi işlər üzrə Prokurorluğun rəhbərliyi ilə cinayət işi üzrə prosessual hərəkətlər həyata keçirilir”, - o qeyd edib.

Bundan əvvəl yerli KİV axtarışın parlamentin hüquq departamentinin rəhbəri İon Kreanqanın ofisində aparıldığını yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026