• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Taliban Qərb ölkələri ilə konstruktiv münasibətlərdə maraqlıdır

DÜNYA

01 Iyul 2024 | 16:51

Taliban Qərb ölkələri ilə konstruktiv münasibətlərdə maraqlıdır

Əfqanıstanı idarə edən radikal hərəkat olan Taliban Qərb ölkələri ilə konstruktiv əlaqələr qurmaqda maraqlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Taliban sözçüsü Zabihullah Mücahid Dohada keçirilən konfransda bildirib.

O qeyd edib ki, Əfqanıstan İslam Əmirliyi ölkələri ilə müsbət qarşılıqlı əlaqə istəyir:

“Lakin hər bir ölkə kimi bizim də müəyyən dini və ənənəvi dəyərlərimiz, eləcə də fərqli mədəniyyət xüsusiyyətlərimiz var. ikitərəfli münasibətlərin gərginliklə müşayiət olunmaması üçün tanınmalıdır”, - deyə Mücahid Taliban hökumətinin saytında dərc olunmuş çıxışında bildirib.

İnsan haqlarının pozulması ilə bağlı ciddi tənqidlərə məruz qalan hərəkatın sözçüsü beynəlxalq ictimaiyyəti Əfqanıstanın daxili işlərini xarici siyasətdən ayırmağa çağırıb.

Mücahidin sözlərinə görə, bu yolla Taliban hökuməti digər ölkələrlə münasibətlərində irəliləyiş əldə edə bilər.

Günel Abbas


SON XƏBƏRLƏR

03 Iyul 2024