• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Quru sərhədlərin açılması turizmin inkişafına təkan verə bilər

CƏMİYYƏT

01 Iyul 2024 | 16:31

Quru sərhədlərin açılması turizmin inkişafına təkan verə bilər

2024-cü ilin yanvar-may aylarında ölkədə 48 milyard 26 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faizlik artım deməkdir. Lakin mütəxəssislərə görə, bir sıra səbəblər iqtisadi inkişafa, xüsusən də turizmin inkişafına əngəl törədir. Belə ki, quru sərhədlərin açılması turizm sektorunun inkişafına ciddi təkan verə bilər.

Mövzu ilə bağlı Azərbaycan Texniki Universitetinin innovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, quru sərhədlərin bağlı olması iqtisadi inkişafa, iqtisadi artıma və işgüzar fəallığa öz təsirlərini göstərməkdədir:

"Sərhədlərin bağlı olmasının fəsadları açıq şəkildə hiss olunur. Xüsusən də turistlərin ölkəmizə gəlməsi ilə bağlı müəyyən problemlər mövcuddur. Sadəcə bəzi fundamental əsaslı səbəblər quru sərhədlərin bağlı olmasını zəruri edir".

Elşad Məmmədov, İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri

Elşad Məmmədov hesab edir ki, indiki şəraitdə aviadaşımalarda bazar rəqabətinin stimullaşdırılmasına daha çox ehtiyac var. Bu, ölkəyə gələn turistlərin sayında müsbət göstəricilərə səbəb ola bilər.

"Ümumilikdə rəqabət mühitinin formalaşması və bazar mexanizmlərinin effektiv şəkildə tətbiq edilməsi quru sərhədlərin bağlı olması ilə əlaqədar olan fəsadları aradan qaldıra bilər" - müsahibimiz vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 Iyul 2024