• Bakı 23° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Yeyib yatmaq xəstəliklərə yol açır

CƏMİYYƏT

31 Iyul 2024 | 15:28

Yeyib yatmaq xəstəliklərə yol açır

"Səhər yeməyini çox yemək lazımdır".

Bakıvaxt.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, səhər yeməyi saat 7-8 arası, nahar yeməyi 12-1 arası, axşam yeməyi isə saat 5-7 arası olmalıdır.

N.Məhərrəmov nəzərə çatdırıb ki, mütləq yatmazdan 3 saat əvvəl qidalanma dayanmalıdır.

"Xəstəliklərin çoxu yeyib yatmaq səbəbindən yaranır".

Mütəxəssis onu da deyub ki, yeməkdən ən tez 1 saat sonra maye qəbul edilməlidir. O bildirib ki, əks halda oniki barmaq, mədə-bağırsaq kimi xəstəliklər, qəbizlik, köp, həzmsizlik kimi narahatlıqlar yarana bilər.

"Yeməkdən dərhal sonra xüsusən çay içmək məsləhət deyil".

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026