• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Arzu Nağıyev veteranlarla görüşdü - FOTOLAR

CƏMİYYƏT

30 Avqust 2024 | 14:47 | Müəllif: Subhan Mahmudov

Arzu Nağıyev veteranlarla görüşdü - FOTOLAR

Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin üzvləri ilə birlikdə Tovuz şəhərində Şəhidlər Xiyabanında dəfn edilən şəhidlərimizin məzarlarını və şəhidlərimizin əziz xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət etdi, şəhidlərimizin ruhuna dualar oxundu, məzarları üstünə və abidə kompleksi önünə tər çiçəklər qoyularaq əziz xatirələri böyük ehtiramla yad edildi.

Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin inzibati binasında veteranlarla görüş keçirildi, onların qayğı və problemləri ilə maraqlandı, veteranlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirilərək, fikir mübadiləsi aparıldı.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Qazilərimizə və Müharibə veteranlarımıza isə can sağlığı arzulayırıq.


Arzu Nağıyev veteranlarla görüşdü - FOTOLARArzu Nağıyev veteranlarla görüşdü - FOTOLARArzu Nağıyev veteranlarla görüşdü - FOTOLARArzu Nağıyev veteranlarla görüşdü - FOTOLARArzu Nağıyev veteranlarla görüşdü - FOTOLARArzu Nağıyev veteranlarla görüşdü - FOTOLARArzu Nağıyev veteranlarla görüşdü - FOTOLARArzu Nağıyev veteranlarla görüşdü - FOTOLARArzu Nağıyev veteranlarla görüşdü - FOTOLARArzu Nağıyev veteranlarla görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026