• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Bakıda piyada səkisi parklanma üçün zəbt edildi

CƏMİYYƏT

28 Sentyabr 2024 | 23:20

Bakıda piyada səkisi parklanma üçün zəbt edildi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli, 25 ünvanında şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində piyada səkisinin parklanma yeri üçün qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, Baş İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidə razılaşdırılmadan salınan parklanma faktının qarşısı alınıb, görülən işlər dərhal dayandırılaraq, səki əvvəlki vəziyyətinə qaytarılıb.

Habelə ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına məlumat verilib.


SON XƏBƏRLƏR

28 Sentyabr 2024