• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Növbəti köç karvanı Laçına çatdı - YENİLƏNİB

CƏMİYYƏT

31 Iyul 2024 | 15:25 | Müəllif: Qalib İbrahimoğlu

Növbəti köç karvanı Laçına çatdı - YENİLƏNİB

Növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 60 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

***

08:46

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 18 ailə (60 nəfər) - keçmiş məcburi köçkünlər Laçın şəhərinə yola düşüblər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR