• Bakı 28° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Qərbin sanksiyaları altında olan ölkələrlə əməkdaşlıq üçün perspektivlər var

DÜNYA

01 Iyul 2024 | 17:46

Qərbin sanksiyaları altında olan ölkələrlə əməkdaşlıq üçün perspektivlər var

Rusiya Qərbin sanksiya təzyiqi ilə üzləşən ölkələrin məhdudiyyətlərə qarşı immunitetli mexanizmlər yaratmaq üçün birgə işləməsinin məntiqli olduğunu düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin yüksək rütbəli rəsmisi Aleksey Drobin bildirib.

O hesab edir ki, Qərbin sanksiya təzyiqi altında olan ölkələrin səylərini birləşdirmək ideyasının yaxşı perspektivləri var, çünki sanksiyalar hazırda Qərbin istifadə etdiyi neokolonial zorakılığın ən geniş yayılmış və sərt alətlərindən biridir.

Diplomatın sözlərinə görə, bu ölkələr müxtəlif sahələrdə sanksiyalara qarşı immunitetə ​​malik birgə mexanizmlər yarada bilərlər:

"İlk növbədə, maliyyə əməkdaşlığı, nəqliyyat kommunikasiyaları və sənaye əməkdaşlığı sahəsində bu əlaqələr yarana bilər", - o əlavə edib.

Günel Abbas

 


SON XƏBƏRLƏR

03 Iyul 2024