• Bakı 30° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

CƏMİYYƏT

01 Iyul 2024 | 14:47

Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

İyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Bakıvaxtı.az-a Xidmətdən bildirilib.

Verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    "Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir", - deyə Xidmətdən bildirilib.


    SON XƏBƏRLƏR

    02 Iyul 2024