• Bakı 28° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Ukraynaya ilin əvvəlində nəqədər yardım edilib?

DÜNYA

01 Iyul 2024 | 15:34

Ukraynaya ilin əvvəlində nəqədər yardım edilib?

Ukrayna ilin əvvəlindən xarici yardımın həcmini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublika Maliyyə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, 2024-cü ilin birinci yarısının nəticələrinə əsasən, Ukrayna xarici tərəfdaşlarından 13,8 milyard dollar məbləğində yardım alıb.

Departament qeyd edib ki, bu müddət ərzində Ukraynaya ən böyük donorlar Avropa İttifaqı (Aİ), həmçinin Yaponiya , KanadaBeynəlxalq Valyuta Fondu (BVF) ölkələri olub.

Aİ, ümumilikdə 8,503 milyard dollar,  Asiya dövləti 2,131 milyard dollar, Kanada 1,471 milyard dollar, BVF 881 milyon ABŞ dolları məbləğində subsidiya verib.

Əsas donorlar həmçinin Böyük Britaniya (515 milyon) və Norveç (295 milyon) olub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

03 Iyul 2024