• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Azərbaycan banklarına qoyulan depozitlər artıb

İQTİSADİYYAT

29 Iyun 2024 | 12:56

Azərbaycan banklarına qoyulan depozitlər artıb

Bu il iyunun 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 471,6 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,2 % az, ilin əvvəlinə nisbətən 1,4 % çox, illik müqayisədə isə 5,9 % çoxdur.

Bunun 56,5 %-i, yaxud 21 milyard 164,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,5 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 10,3 % artaraq 13 milyard 678,7 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 3,7 % azalaraq 2 milyard 628,5 milyon manata düşüb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 563,8 milyon manatı (il ərzində 5,2 % azalıb) qısamüddətli, 14 milyard 907,7 milyon manatı (28,7 % artıb) isə uzunmüddətli olub.

Ölkədə 22 bank fəaliyyət göstərir.


SON XƏBƏRLƏR

01 Iyul 2024