• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Orta Dəhlizlə yükdaşımalar artıb

İQTİSADİYYAT

29 Iyul 2024 | 10:24

Orta Dəhlizlə yükdaşımalar artıb

Bu ilin I yarısında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 65 % artaraq 2,1 milyon ton olub.

Bakıvaxtı.az bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bundan əvvəl Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev bildirmişdi ki, bu il TBNM vasitəsilə daşımaların həcminin 4,2 milyon tona çatdırılması planlaşdırılır.

2023-cü ildə TBNM ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə yenə də 65 % artaraq 2,7 milyon ton təşkil edib.

Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024