"İranın qonşu ölkələrlə qeyri-neft ticarəti 27 milyard dollara çatıb".
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İranın gömrük idarəsinin rəisi Məhəmməd Rizvanifər deyib.
Onun sözlərinə görə, bu ilin 5 ayında İranın 15 qonşu ölkə ilə qeyri-neft ticarəti 16% artaraq 26 milyard 857 milyon dollara çatıb:
"İranın 15 qonşu ölkə ilə qeyri-neft ticarətinin çəkisi 43 milyon 579 min ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım deməkdir. Bu dövrdə İranın qonşu ölkələr arasında ilk beş ticarət tərəfdaşı Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq, Pakistan və Rusiya Federasiyası olub".
Gülşən Şərif



jpg-1727334887.webp)




jpg-1727330685.webp)







