• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərkosmos Türkiyənin “Impro” şirkəti ilə əməkdaşlıq edəcək

İQTİSADİYYAT

25 Sentyabr 2024 | 18:10 | Müəllif: Subhan Mahmudov

Azərkosmos Türkiyənin “Impro” şirkəti ilə əməkdaşlıq edəcək

Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) çərçivəsində Azərkosmos ilə Türkiyənin “Impro” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, müqaviləyə əsasən, Azərkosmosun kommersiya portfelini genişləndirmək məqsədilə “Impro” şirkətinə məxsus “Göktürk-1” peyki vasitəsilə əldə edilmiş təsvir və həllərdən istifadəsi nəzərdə tutulur.

“Göktürk-1” yüksək ayırdetmə qabiliyyətinə malik Yerin məsafədən müşahidə peykidir. Coğrafi məhdudiyyət olmadan Yerin istənilən nöqtəsindən görüntü əldə etməyə imkan verir. 

Peykin təsvirlərindən xəritəçəkmə və planlaşdırma, kənd təsərrüfatı, torpaq örtüyünün tədqiqi, geologiya, ətraf mühitin monitorinqi, fövqəladə halların idarə edilməsi, sahil zonasının idarə edilməsi və su ehtiyatları üzrə müxtəlif proqramların həyata keçirilməsində istifadə olunur.

“Impro” şirkəti ilə əməkdaşlıq Azərkosmosun müştərilərə təqdim etdiyi coğrafi informasiya üzrə həll və xidmətlərin sayının artırılması üçün yeni imkanlar açacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR