2024-cü ilin avqustunda Hindistan Rusiyadan əvvəlki ayla müqayisədə 1,4 dəfə çox, 129,9 milyon dollara qədər neft məhsulları alıb.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatlarında yer alıb.
Nəticədə Rusiya Hindistan bazarında neft məhsullarının tədarükçüsü kimi birinci yeri tutub. İlk beşliyə həmçinin Cənubi Koreya (86,7 milyon dollar), BƏƏ (86,1 milyon dollar), Malayziya (54,5 milyon dollar) və Sinqapur (43,6 milyon dollar) daxil olub.
Ümumilikdə, səkkiz ayın nəticələrinə əsasən Hindistan Rusiyaya 1,8 milyard dollar ödəyib. Bu,2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6 dəfə azdır.
Gülşən Şərif












jpeg-1732350973.webp)



