• Bakı 13° C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.7711

    RUB - 1.629

Azərbaycanda meyvə və tərəvəzlərin QİYMƏTLƏRİ

İQTİSADİYYAT

23 Noyabr 2024 | 12:46

Azərbaycanda meyvə və tərəvəzlərin QİYMƏTLƏRİ

2024-cü ilin oktyabr ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətində ötən ilin oktyabr ayı ilə müqayisədə müxtəlif dəyişikliklər olub. Bəzi məhsulların qiyməti əhəmiyyətli dərəcədə artıb, bəzilərində isə azalma və ya sabitlikmüşahidə olunub. 

Bakıvaxtı.az Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinə istinadən məhsulların qiymətlərinin dəyişməsi barədə məlumatı təqdim edir.

Meyvələrdə qiymət dəyişiklikləri

Alma qiymətləri 2023-cü ilin oktyabrı ilə müqayisədə 52,9 faiz artaraq 85 qəpikdən 1,3 manata yüksəlib.

Armudun qiyməti də 39,1 faiz artıb, 1,15 manatdan 1,60 manata qalxıb.

Kardinal üzümünün qiyməti 91 faiz  artaraq 1,1 manatdan 2,1 manata yüksəlib. Ağ kişmişi üzüm 39,7 faiz ucuzlaşaraq 3 manat 65 qəpikdən 2 manat 20 qəpiyə enib.

Quru fındığın qiyməti 7,6 faiz azalıb, 5,25 manatdan 4,85 manata düşüb.

Naringinin qiyməti 2,1 dəfə artaraq 90 qəpikdən  1,85 manata yüksəlib.

Yerli qozun qiyməti 57 faiz artaraq 3,50 manatdan 5,50 manata qalxıb.

Portağalın qiyməti 26 faiz artaraq 95 qəpikdən 1,2 manata yüksəlib.

Tərəvəzlərdə qiymət dəyişiklikləri

Kartofun qiyməti 6 faiz artaraq 83 qəpikdən 88 qəpiyə yüksəlib.

Sarı soğanın qiyməti 12,5 faiz   düşərək 35 qəpik olub.

Xiyarın qiyməti 2,4-2,9 dəfə artıb.

Çəhrayı pomidor 1,9 manatdan 2,9 manatadək bahalaşıb.

Kələmin qiyməti 61 faiz artaraq 28 qəpikdən 45 qıpiyə yüksəlib.

Yaşıl bibərin qiyməti 47 faiz artaraq 75 qəpikdən 1,10 manata  yüksəlib.

Badımcanın qiyməti 60 faiz artaraq 1,25 manatdan 2 manata qalxıb.

2024-cü ilin oktyabr ayında kənd təsərrüfatı məhsullarının qiymətindəki dəyişikliklər hava şəraiti və tədarükün məhdudluğu ilə bağlı ola bilər.Modern.az


SON XƏBƏRLƏR