Ağacların kəsilməsi, təbiətə zərər vurulması ilə bağlı kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunacaq.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhülkəsizlik xidmətinin rəisi Hikmət Əlizadə deyir ki, son illər ölkədə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində ciddi normativ baza yaradılıb və bu ildən-ilə təkmilləşdirilir. Xüsusi olaraq 2024-cü ilin oktyabrında "Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" və "İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihələrinin parlamentdə qəbul olunması da bu sıradadır.
Hikmət Əlizadə deyir ki, mövcud təcrübə onu göstərir ki, bir sıra hallarda xüsusən tikinti şirkətləri tərəfindən yaşıllıqlara münasibətdə çox ciddi pozuntulara yol verilir. Kimliyindən asılı olmayaraq hər kəs qanunvericiliyin tələblərinə əməl etməlidir.
Tullantıların ətraf mühitə atılmasına görə cərimələrin miqdarı 50 manatdan 300 manata qədər artırılıb. İl ərzində təkrar pozuntu törədilərsə, 700 manat cərimə və ya 60-100 saat ictimai işlər müəyyənləşdirilib, - deyə xidmət rəisi vurğulayıb.