• Bakı 23° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Hindistan almaz alışını artırıb

İQTİSADİYYAT

25 Oktyabr 2024 | 10:58 | Müəllif: Gülşən Şərif

Hindistan almaz alışını artırıb

Hindistan sentyabr ayında almaz idxalını illik müqayisədə 11% artıraraq 8,8 milyon karata çatdırıb. 

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu, Hindistanın Qiymətli Daşlar və Zərgərlik Məmulatlarının İxracının Təşviqi Şurasının məlumatlarında yer alıb.

Məlumata görə, Hindistandan almaz ixracı illik müqayisədə 17% azalaraq 1,52 milyon karat təşkil edib. Lakin aylıq ifadədə bu rəqəm 13% artıb. Ümumilikdə, sentyabrda ölkə xaricə qiymətli daşların satışından təxminən 1,29 milyard dollar gəlir əldə edib.

Qeyd edək ki, Hindistan Rusiya almazlarının əsas alıcılarından biridir. Üstəlik, ölkə dünya almazlarının 95%-ni istehsal edən ən böyük almaz istehsalı mərkəzidir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026