• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.7711

    RUB - 1.629

“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub

İQTİSADİYYAT

23 Noyabr 2024 | 10:25

“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”nı təsdiq edib.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, məqsəd uçot məlumatlarının dürüstləşdirilməsi və avtomatlaşdırma səviyyəsinin artırılması, vergi münasibətlərində vahid yanaşmanın tətbiqi, vergi ödəyicilərinin öhdəlikləri və digər tələblər barədə əvvəlcədən məlumatlandırılmasıdır.

7 rəqəmli fəaliyyət kodlarına və Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırılması zərurətindən irəli gələrək həmin standartlar yeni redaksiyada təsdiqlənib, istifadənin əlçatanlığının artırılması üçün Dövlət Vergi Xidmətinin internet saytında yerləşdirilib (https://www.taxes.gov.az/az/page/vahid-standartlar).

İstifadəçilər buradan iqtisadi fəaliyyət növləri üzrə formalaşan vergi öhdəlikləri, o cümlədən vergi azadolmaları və güzəştlər, vergitutma baxımından tətbiq edilməli və tətbiqi mümkün olmayan tədiyyə növləri, obyekt qeydiyyatı, NKA və POS-terminalın quraşdırılması, lisenziyanın alınması ilə bağlı məlumatları asanlıqla əldə edə bilərlər.


SON XƏBƏRLƏR

22 Noyabr 2024