• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sumqayıtda avtomobil yandı- VİDEO

CƏMİYYƏT

02 Fevral 2026 | 16:37 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtda avtomobil yandı- VİDEO

Sumqayıtda avtomobil yanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "QAZEL ” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb.

    Avtomobil yanğından mühafizə olunub.


    Sumqayıtda avtomobil yandı- VİDEO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Noyabr 2026