• Bakı 25° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Ceyms O’Brayn: Orta Dəhliz region üçün mühüm təşəbbüsdür

SİYASƏT

28 Iyun 2024 | 17:37

Ceyms O’Brayn: Orta Dəhliz region üçün mühüm təşəbbüsdür

Hesab edirik ki, Orta Dəhliz region üçün mühüm təşəbbüsdür.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə Mərkəzi Asiya dövlətləri məhsulların ixracını Rusiya və ya Çin vasitəsilə həyata keçirməlidir:

“Marşrutun Gürcüstandan keçib-keçməməsindən asılı olmayaraq, Azərbaycanın Xəzər dənizi vasitəsilə dünya bazarlarına tədarük edilən malların və nəhayət, xidmətlərin əldə edilməsi məsələsində çox böyük imkanları olduğunu görürük”.

Ceyms O`Brayan Ermənistan və Türkiyə üzərindən Qara dənizə və ya Aralıq dənizinə çıxış əldə etməyin mümkün olduğunu da vurğulayıb:

“Bu imkan həm nəqliyyat xərclərini azaldacaq, həm də geosiyasi müdaxilələrdən qorunacaq alternativlər təqdim edəcək. Bütün bunlar Tacikistandan Türkiyəyə qədər on milyonlarla insana fayda verəcək. Fikrimizcə, bu, bütün maraqlı tərəflərin razılığı ilə həyata keçirilməlidir”.


SON XƏBƏRLƏR

30 Iyun 2024