• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Partiyasını buraxan deputat yenidən namizəd oldu

SİYASƏT

26 Iyul 2024 | 19:15

Partiyasını buraxan deputat yenidən namizəd oldu

Milli Məclisin deputatı Sabir Hacıyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 91 saylı Göyçay seçki dairəsindən namizədliyini irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dairə Seçki Komissiyasından bildirilib.

Məlumata görə, o, artıq müvafiq sayda imza toplayıb və imza vərəqələrini komissiyaya geri qaytarıb.

Sabir Hacıyev 1954-cü ildə Göyçay şəhərində anadan olub. İxtisasca hüquqşünasdır. O, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Deputat Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasının sədri olub. Partiya ötən il fəaliyyətini dayandırıb. Daha sonra Sabir Hacıyev parlamentdə bitərəf deputat kimi fəaliyyətini davam etdirib./modern.az


SON XƏBƏRLƏR

07 Sentyabr 2024