• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Neftçalanın şansı

SİYASƏT

24 Avqust 2024 | 21:36 | Müəllif: Qalib İbrahimoğlu

Neftçalanın şansı

Teatr asılqandan, şəhər vağzaldan başladığı kimi, seçkinin necə nəticələnəcəyi də namizədin seçkiqabağı apardığı təbliğat kampaniyasından, seçicilərlə keçirdiyi görüşlərdən görünür. Bu mənada 70 saylı Neftçala Dairə Seçki Komissiyasından deputatlığa namizəd Tənzilə Rüstəmxanlının bu gün Neftçala Olimpiya İdman Kompleksində seçicilərlə keçirdiyi möhtəşəm görüş də çox şey dedi.

Ölkə növbədənkənar parlament seçkisi ərəfəsindədir. Namizdlərin seçkiqabağı təbliğat kampaniyası davam edir. Görüşlər ara vermir. Amma görüş var, görüş var. Namizəd Tənzilə Rüstəmxanlının neftçalalırla keçirdiyi möhtəşəm görüş kimi görüş son illərin seçkilərində izləməmişəm. Tənzilə Rüstəmxanlı görüş naminə görüş keçirmir, kampaniya naminə lampaniya aparmır. Bunun Neftçala seçiciləriylə ayaqüstü söhbətimdə də şahidi oldum.

"Tənzilə xanım Neftçalanı qarış-qarış gəzdi" deyən yayın bu istisində Neftçalanın ən yaxın və ən uzaq kəndlərindən görüşə gələn seçicilər indiyədək hazırkı millət vəkilləri olan Sabir Rüstəmxanlıdan sonra Tənzilə Rüstəmxanlının onların rayonuna belə can yandırdığıni vurğuladılar. T.Rüstəmxanlı Neftçala sakinlərinin problemlərinin öyrənilməsində vətəndaşlarla birbaşa dialoqa üstünlük verir. Seçicilər onun millət vəkili seçiləcəyi təqdirdə də onlar  üçün əlçatan olacaəna və birbaşa ünsiyyəti heç bir vaxt kəsməyəcəyinə inanırlar. Elə Tənzilə Rüstəmxanlı da bunu vəd verir".

Neftçala şanslı rayondur. Ki, "Mən verdiyim vədlərin altından imzamı atıram" deyib, imzasına sadiq qalacağını, deputat olacağı təqdirdə vədlərinin yerinə yetirilməsinə israrla çalışacağını əzmlə vurğualayan  bir namizdləri var.

Tənzilə Rüstəmxanlı əksəriyyətindən fərqli olaraq alternativlərinin əleyhinə bir kəlmə belə danışmayan, onlara qarşı kampaniya aparmayan, əksinə hər birinə uğurlayan arzulayan namizəddir. Bununla da o, seçki mədəniyyətinin formalaşmasına bir töhvə verdi. 

Neftçalalılar Tənziə Rüstəmxanlının “Neftçala üçün birlikdə!” şüarına sadiq qalacağına inanırlar.  

Tənzilə Rüstəmxanlının bugünkü möhtəşəm görüşü isə neftçalalıların sentyabrın 1-də seçki məntəqələrinə gedərək, məhz ona səs verəcəkləri əminliyini artırdı.  

Qalib İbrahimoğlu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026