Xəbər verdiyimiz kimi, VII Çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası bu gün qapalı formada keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçilib.
İclasda dövlətimizin başçısı İlham Əliyev də iştirak edib. Prezident iclasda nitqlə çıxış edib.
Qeyd edək ki, deputat seçilənlərdən bəziləri rəhbər vəzifələrdə çalışıblar. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.
Onu da bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mandat qazanan dövlət orqanlarında vəzifədə olan şəxslərin tutduqları vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Bakıvaxtı.az mandata görə vəzifəsindən azad edilən deputatların boş qalan yerlərinin siyahısını təqdim edir:
Əli Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib. Sabiq müavin Milli Məclisin vitse-spikeri seçilib. Ə.Əhmədov 25 saylı Nizami ikinci Seçki Dairəsindən deputat seçilib.
Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da deputat seçilənlər arasındadır. Onun təmsil olunduğu dairə ata yurdu olan 24 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsidir. Beləliklə, o da tutduğu vəzifədən azad edilib və Rusiyadakı baş diplomat postu boş qalıb. Bəzi iddialara görə, bu vəzifəyə Elmar Məmmədyarovun təmin ediləcəyi gözlənilir.
Heydər Əsədov da deputatlığa görə öz vəzifəsini təhvil verənlər arasındadır. O bu günə qədər Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini tutub. 51 saylı Şirvan Seçki Dairəsinin deputatı olandan sonra isə ölkə başçısının sərəncamı ilə tutduğu postu tərk edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə də 87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsindən seçicilərin etimadını toplayaraq Milli Məclisdə təmsil olunmaq hüququ qazanıb. Onun öncəki vəzifəsi də boş qalan postların siyahısındadır.
Asif Əsgərov da deputat seçildiyi üçün daha Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qanunvericiliyə əsasən, A.Əsgərov da hər hansı ödənişli vəzifə tuta bilməz.
Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov da VII çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən azad edilib. Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Əli Hüseynov









jpg-1729675387.webp)






