• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Bloomberg: "BRİKS sammiti Qərbə problem yaradır"

SİYASƏT

23 Oktyabr 2024 | 13:35

Bloomberg: BRİKS sammiti Qərbə problem yaradır

"Kazanda keçirilən BRİKS sammitində 32 dünya lideri və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı Ukrayna münaqişəsi ilə bağlı Qərbin Rusiyanı təcrid etmək səylərinə meydan oxuyur". 

Bakvaxtı.az xəbər verir ki, bu, "Bloomberg" Agentliyinin hazırladığı məqalədə yer alıb.

Qeyd olunub ki, BRİKS sammiti Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiyada dünya liderlərinin ən böyük toplantısıdır. 

Çin lideri Si Tszinpin sammit çərçivəsində keçirdiyi görüşdə Rusiya ilə Çin arasındakı dərin dostluğun dünyada baş verən xaos şəraitində dəyişməyəcəyini bildirib. Hindistanın baş naziri Narendra Modi öz növbəsində bildirib ki, onun Rusiyaya son səfərləri iki ölkə arasında yaxın və dərinləşən münasibətləri nümayiş etdirir.

Rusiya prezidenti Vladimir Putin də hər bir ölkə ilə əlaqələri yüksək qiymətləndirərək, Si-ni "əziz dostu" adlandırıb və Rusiya-Çin əməkdaşlığını geniş səciyyələndirib. Rusiya lideri Modi ilə görüşündə Moskvanın Hindistanla strateji tərəfdaşlığını da açıqlayıb.

Xatırladaq ki, oktyabrın 22-də Kazanda BRİKS-in 16-cı sammiti işə başlayıb. Sammit iki hissədən ibarətdir. Birincisi, Rusiyanın 2024-cü ildə BRİKS-ə sədrliyinin devizi olan “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” mövzusuna həsr olunaraq təşkilata üzv ölkələrin iclasıdır. İkinci hissə isə 2024-cü ildə keçiriləcək “BRICS plus/outreach” formatı, mövzusu “BRICS və Qlobal Cənub – birlikdə daha yaxşı bir dünya qurmaq” adlı iclasdır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR