• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ceyhun Bayramov özbəkistanlı həmkarını təbrik etdi

SİYASƏT

21 Noyabr 2024 | 22:10

Ceyhun Bayramov özbəkistanlı həmkarını təbrik etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, C.Bayramov həmkarı Baxtiyor Saidovu yenidən xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində davamlı uğurlar arzulayıb.

Nazirlər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığında, həmçinin beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025