• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

SİYASƏT

21 Dekabr 2024 | 16:05

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

 

Fələstinin rəsmi informasiya agentliyi və “Əl-Qüds” qəzeti Azərbaycanın Fələstin xalqına son humanitar dəstəyindən yazıb. Qeyd olunub ki, ölkəmiz Fələstinə 2 milyon ABŞ dolları məbləğində humanitar yardım ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagird yerlik məktəbin inşasının maliyyələşdirilməsini də öz üzərinə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, adıçəkilən media orqanları Azərbaycanın Baş naziri Əli Əsədovun Qahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada çıxışına da yer ayırıb. Qeyd olunub ki, Yaxın Şərqdə davam edən böhran dərin narahatlıq doğurur. Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bildirilir ki, Azərbaycanın Baş naziri daha çox qan tökülməsinin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin, atəşkəsin əldə olunmasının zəruriliyini diqqətə çatdırıb, lazımi humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərini birləşdirməsinin, eləcə də böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi prosesin təşviq edilməsinin vacibliyini vurğulayıb.

Dərc edilən yazılarda qeyd olunur ki, humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etməsi üçün də öncül rol oynamaqdadır. Bu xüsusda Azərbaycan bir neçə yüksəksəviyyəli tədbirə ev sahibliyi edib. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransı xüsusi qeyd edilməlidir. (azərtac)


SON XƏBƏRLƏR