Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən hücumda ölənlərin sayı 5 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Saksoniya-Anhalt əyalətinin qubernatoru Reiner Haseloff bildirib.
Onun sözlərinə görə, ümumilikdə 200-dən çox adam yaralanıb, onların əksəriyyətinin vəziyyəti ağırdır.
Maqdeburqa səfər edən kansler Olaf Şolz yaralanananlara görə xüsusi narahatlığını dilə gətirib, dəhşətli fəlakəti pislədiyini vurğulayıb.
***
10:24
Almaniyanın Maqdeburq şəhərində saxlanılan şübhəli şəxs ölkə hökuməti tərəfindən anti-islamçı kimi tanınırdı.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Berliner Zeitung" alman qəzeti yazıb.
Qəzetin məlumatına görə, şəxsin adı Taleb əl-Əbdülmöhsəndir. O, 2006-cı ildən Almaniyada yaşayır və daimi yaşayış icazəsi var. T.Əbdülmöhsən psixoterapevt təhsili zamanı dəvətli həkim kimi ölkəyə gəlib və daha sonra islamdan imtina etdiyinə görə ölümlə hədələndiyindən sığınacaq üçün müraciət edib.
"Onun sosial media profillərindən göründüyü kimi, o, son dərəcə anti-islam mövqelidir və "Almaniya üçün Alternativ"in siyasətini dəstəkləyir", - nəşr vurğulayıb.
Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində, 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb.
Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.