• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Bu agentlik 1,2 milyon manatlıq pikaplar alır

CƏMİYYƏT

21 Dekabr 2024 | 18:00

Bu agentlik 1,2 milyon manatlıq pikaplar alır

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) yeni pikap tipli minik nəqliyyat vasitələri alır.

Bakıvaxtı.az xəbər evrir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.

Məlumata görə, satın alınacaq pikap tipli minik nəqliyyat vasitələrinin sayı 20 ədəddir. Onların istehsal ilinin 2024-cü il, rənglərinin isə ağ olması əsas şərtlərdəndir.

ANAMA artıq bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb. Agentliyə sözügedən nəqliyyat vasitələrini "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək. Bunun müqabilində isə MMC-yə 1 milyon 222 min manat ödəniləcək.

Qeyd edək ki, ANAMA-ya avtomobilləri çatdıracaq şirkət - "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Yusif Rafiq oğludur.


SON XƏBƏRLƏR

21 Dekabr 2024