“1990-cı il o gün, 20 yanvar - qaranlıq, qara buludlu qanlı yanvar gecəsi! Silah səsləri, insanların fəryadı, göz yaşları indi də qulaqlarımdadır. Bakının üzərini almış qara buludlu gecədə 4 nömrəli xəstəxanada yatırdım, o gecə nə qədər yaralılar gətirirdilər xəstəxanaya!”
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova 20 Yanvar xatirələrini bölüşərkən yazıb. 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar paylaşım edən sənətçi bu gecəni heç vaxt unutmayacağını bildirib.
O, sonda vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib. (olay)