• Bakı C

    15.08 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Cəbrayıla çatan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

CƏMİYYƏT

19 Fevral 2025 | 13:30

Cəbrayıla çatan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 37 ailə - 212 nəfər köçürülüb.

***

12:54

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

Bakıdan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 37 ailə - 212 nəfər köçürülüb.

***

08:22

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 37 ailə - 212 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.


SON XƏBƏRLƏR

20 Fevral 2025