• Bakı 15° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

FHN-dən Novruz bayramı ilə əlaqədar əhaliyə daha bir müraciət - VİDEO

CƏMİYYƏT

21 Mart 2025 | 11:18

FHN-dən Novruz bayramı ilə əlaqədar əhaliyə daha bir müraciət - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ötən gecə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tonqalla bağlı 7 yanğına çıxış qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən xəbər verilib.

    Qeyd olunanları, habelə bir sıra bölgələrdə Novruz bayramı ilə əlaqədar mərasimlərin bu gün də davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!


    SON XƏBƏRLƏR