• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Rayonlarda qarın hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

21 Mart 2025 | 09:29

Rayonlarda qarın hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 47, Astarada 40, Balakəndə 19, Yardımlıda 13, Lerikdə 12, Bakıda və Abşeron yarımadasında 11, Oğuzda 10, Qəbələ və Şəkidə 9, Neftçalada 7, Tərtər, Mingəçevir, Göyçay, Zərdab, Cəfərxan və Gəncədə 4, Göygöl, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, İsmayıllı, Şamaxı, Gədəbəy və Sədərəkdə 3, Quba, İmişli, Qusar, Bərdə və Daşkəsəndə 2, Ağsu, Yevlax, Şəmkir, Naftalan, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Ağdamda 1 mm-dir.

Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 13, Şahdağda 9, Qusar (Laza), Qaxda (Sarıbaş) 3, Xınalıq, Xaltan və Qrızda 1 sm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025