• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçildi

CƏMİYYƏT

21 Mart 2025 | 10:38

Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçildi

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

    Məhkəmənin qərarına əsasən, Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.


    SON XƏBƏRLƏR

    02 Iyul 2025