• Bakı 24° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Braziliyada ağır qəza: 38 nəfər öldü - YENİLƏNİB

DÜNYA

21 Dekabr 2024 | 22:50 | Müəllif: Subhan Mahmudov

Braziliyada ağır qəza: 38 nəfər öldü - YENİLƏNİB

Braziliyanın şərqində avtobusun yük maşını və minik avtomobili ilə toqquşması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "G1" portalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Həlak olanların sayının artacağı istisna edilmir.

 

***19:44

Braziliyanın şərqində ağır yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "G1" portalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, sərnişin avtobusunun təkəri partlayıb və sürücü idarəetməni itirib. Avtobus həmin istiqamət üzrə hərəkət edən yük maşını və minik avtomobili ilə toqquşub.

Avtobus toqquşma nəticəsində yanıb.

Qəza nəticəsində 22 nəfər ölüb, 13 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR