Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusunda dəyişikliklər haqqında fərmanlar imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında dərc edilən sənədlərdə bildirilib.
V.Zelenski Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanı işdən azad edib. Həmçinin Yaponiyadakı səfir Sergey Korsunski, Çindəki səfir Pavel Ryabikin və 2022-ci ilin mayından Sloveniyadakı səfir vəzifəsini tutan sabiq müdafiə naziri Andrey Taran vəzifəsindən azad olunub.
Bundan əlavə, Ukraynanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Yevgeniya Filipenko da işdən çıxarılıb. Onun yerinə Yevgeni Tsimbalyuk təyin edilib. Həmçinin Ukraynanın keçmiş xarici işlər nazirinin müavini Əminə Caparovanın Vyanadakı beynəlxalq təşkilatlarda Ukrayna nümayəndəsi təyin edilməsi haqqında reallaşmamış fərman da ləğv edilib.
Məlumata görə, Sloveniya, Macarıstan, Konqo, Filippində yeni səfirlər təyin edilib, həmçinin Ruanda və Litvadakı diplomatik missiyaların rəhbərləri dəyişdirilib. Ukraynanın İndoneziyadakı səfiri işdən azad olunub.