“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili İsveçrənin “Julius Baer” bankını məhkəməyə verməyi planlaşdırır.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə İvanişvilinin vəkili, hüquqşünas Laşa Kalandadzenin yaydığı bəyanatda qeyd olunub.
Məlumata görə, “Julius Baer” tərəfindən siyasi şantaj var və o, onların bank hesablarını Amerika sanksiyalarına məruz qoyub və “Julius Baer” də bu və ya digər formada siyasi şantajda iştirak edir.
Hüquqi mübahisənin predmeti bankın üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi və dəymiş ziyanın ödənilməsi tələbidir.