"İran və Pakistan bir çox regional və beynəlxalq mövzularda eyni mövqedən çıxış edi"lər".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri deyib.
Komandirin sözlərinə görə,Qərbi və Cənubi Asiyada iki böyük müsəlman dövləti kimi tanınan İran və Pakistanın çoxlu ortaq cəhətləri var:
"Tehran və İslamabad bir çox regional və beynəlxalq məsələlərdə eyni mövqedən çıxış ediblər. İki ölkə ümumi problemləri həll etmək və iqtisadi əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı əməkdaşlıq edirlər".
General-mayor Baqeri iki qonşu ölkə arasında hərbi, təhlükəsizlik və iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün Pakistana səfər etdiyini bildirib.
Gülşən Şərif