• Bakı -0° C

    15.08 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Belçika Ukraynaya hərbçilərini göndərə bilər

DÜNYA

19 Fevral 2025 | 13:25

Belçika Ukraynaya hərbçilərini göndərə bilər

Belçika Ukraynaya hərbçilər göndərə biləcəyini istisna etməyib.

Bakıvaxtı.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken bildirib.

"Belçikanın müdafiə naziri müəyyən şərtlərlə Ukraynaya qoşun göndərməyə açıq olduğunu bəyan edib", - nəşr yazıb.

Regionda asayişi qorumaq üçün hərbçilərin göndərilməsi yalnız Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra mümkündür.

Franken qeyd edib ki, Belçika minlərlə əsgər göndərə bilməz, lakin Brüssel həmişə öz müttəfiqlərinə kömək edir.


SON XƏBƏRLƏR

20 Fevral 2025