• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Tunis Prezidenti Baş naziri dəyişdi

DÜNYA

21 Mart 2025 | 11:28

Tunis Prezidenti Baş naziri dəyişdi

Tunis Prezidenti Kais Səid Baş nazir Kamel Maddurini təyinatından bir il keçməmiş iqtisadi tənəzzül və artan miqrant axını fonunda istefaya göndərib.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, hökumətin yeni başçısı vəzifəsinə 2021-ci ildən Avadanlıq və Mənzil Təsərrüfatı naziri vəzifəsində çalışan Sara Zaafarani təyin edilib.

Agentlik qeyd edir ki, Səid son aylar nazirlərin işini kəskin tənqid edərək, onların bir çoxunun tələb olunan standartlara cavab vermədiyini və tunislilərin dəyişiklik gözlədiyini bildirib. Keçən ay o, maliyyə naziri Sihem Buqdiri vəzifəsindən azad edib.

Tunisin iqtisadi artımı ötən il ərzində 1,4 faizdən aşağı olub və ölkənin dövlət maliyyəsi şəkər, düyü və qəhvə də daxil olmaqla əsas malların qıtlığına səbəb olan ciddi böhranla üzləşib.

Tunis həmçinin misli görünməmiş miqrasiya böhranı ilə üzləşib, çünki Saharanın cənubunda olan Afrika ölkələrindən minlərlə miqrant İtaliya sahillərinə çatmaq üçün ölkəyə axışır.


SON XƏBƏRLƏR

23 Aprel 2025