• Bakı 13° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Türkiyədəki aksiyalarda 16 polis yaralanıb

DÜNYA

21 Mart 2025 | 11:13

Türkiyədəki aksiyalarda 16 polis yaralanıb

Dünən Türkiyənin bir sıra şəhərlərində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ilə əlaqədar etiraz aksiyaları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya aksiyalarla bağlı danışıb.

O, qeyd edib ki, dünənki aksiyalarda 16 polis əməkdaşı yaralanıb, eləcə də 53 nəfərə ictimai sahəyə zərər vermə və vəzifənin yerinə yetirilməsinə mane törətmək əməllərinə görə cinayət işi açılıb. 

Yaralı polislərə şəfa diləyən nazir qərarlı şəkildə mücadiləyə davam etdiklərini söyləyib:

 "Qəhrəman polislərimiz millətimizin hüzuru və təhlükəsizliyi üçün gecə-gündüz iş başındadırlar".


SON XƏBƏRLƏR

30 Mart 2025